Əhmədinejad: “Çaves İsa peyğəmbərlə qayıdacaq”
15:27 06-03-2013
CƏMİYYƏT
Onun çox kəskin dili və gözlənilməz hərəkətləri vardı.
BMT Baş Məclisində o vaxtki ABŞ prezidenti George Bushdan sonra tribunaya qalxan Hugo Chaves dedi ki, “burdan kükürd iyi gəlir. Deyəsən, burda mən qabaq İblis dayanıbmış”.
Bəziləri deyir ki, onu belə danışdıran neft pulları idi. Ancaq başqaları həmin məntiqlə cavab verirlər ki, Venesuela neftinin əsas alıcısı ABŞ-dır. Onun yerinə başqası olsaydı, ABŞ və onun prezidenti haqda mənfi bir söz belə deməzdi. O isə ABŞ-ın qəti tənqidçisi idi.
Latın Amerikası ölkələrinin sammitində Hugo Chaves birdən cibindən marixuana yarpağı çıxarıb dedi ki, Venesuelada bu bitki kasıbların çörəyidir. Varlı ölkələrdə kimlərsə bunu qurudub, tütün kimi çəkirsə, bu, onların öz problemidir.
Chavesin özü necə qəribə idisə, onun ölümü haqda fikirlər də elə qəribədir.
İran prezidenti Ahmedinejad deyib: “Şübhəsiz, Chaves bir gün qayıdacaq. O, İsa peyğəmbərlə birlikdə gələcək”.
***
Venesuela prezidenti Hugo Chaves öldü.
O özünü, Latın Amerikasının demək olar ki, bütün ölkələrini İspaniya müstəmləkəsindən azad etmiş general Simon Bolivarın davamçısı hesab edirdi.
Solçu lider Chaves sosial ədaləti necə anlayırdısa, öz anladığı kimi, heç bir modeli təkrar etmədən Venesuelada sosializm qururdu. O buna “21-ci əsr sosilaizmi” deyirdi.
Chaves Venesuelada ali məktəbləqrə qəbul imtahanlarını ləğv edib ki, kim istəyir, ala savad ala bilsin.
O, energetika, tikinti, telekommunikasiya sahələrini özəlləşdirdi ki, bu ən gəlirli sahələr xalqın mülkiyyətində olsun.
Chavesin yerinə müvəqqəti prezident olacaq vitse-prezident 50 yaşlı Nikolas Maduro bir vaxtlar avtobus sürücüsü olub.
HƏYATI
1954-cü ildə anadan olan Hugo Chavesin atası hindi, anası yarı ağ-yarı hindi olub. O uşaqlıqda beysbolçu olmaq istəyirdi. Ancaq hərbçi oldu.
30 yaşında İnqilabi Bolivar Hərəkatı adında gizli təşkilat yaradır, ölkədə siyasi sistemi dəyişmək istəyir.
38 yaşında hökumətə qarşı hərbçilərin qiyamını qaldırır.
Ancaq generallar adsız-sansız zabiti dəstəkləmədilər və o, həbs olundu. Onda Chaves uduzmağı bacaran siyasətçi kimi özünü göstərdi. Öz tərəfdarlarına müraciət etdi ki, silahı yerə qoysunlar, ancaq eyni vaxtda o öz mübarizəsindən imtina etmədiyini dedi.
İki il sonra o əfv olundu, daha sonra onun partiyası parlament seçkilərini uddu.
44 yaşında o, ölkə prezidenti seçildi.
O, birinci prezidentliyinin ilk 52 gününü xarici səfərlərdə keçirib. O müxtəlif ölkələrə gedib, yerli inkişaf modelləri ilə tanış olurdu. O, ABŞ-da Nyu York Birjasına da getdi və ABŞ prezidenti Bill Clintonla görüşdü.
Maraqlıdır ki, ilk prezidentliyinin əvvəlində Chaves iqtisadiyyatın kapitalist modelinə tərəfdar idi.
REAKSIYALAR
Ekvador Chavesin ölümü ilə bağlı 3 günlük matəm elan edib.
Ekvador prezidenti Rafael Correa deyib ki, “Chavesin arzusu xoşbəxt, ləyaqətli, suveren Venesuela qurmaq idi. Bu arzu eyni qaydada Ekvadorun, Boliviyanın, bütün Latın Amerikası ölkələrinin arzusudur”.
Çin verdiyi başsağlığında Chavesi “böyük dost”, Putin isə “güclü və qeyr-adi şəxs” adlandırır.
İran prezidenti Ahmadinejad isə deyib ki, Chaves “şübhəli xəstəliyə” “şəhid” oldu.
Chavesin öldüyü xərçəng xəstəliyi onda ilk dəfə 2011-ci ilin ortalarında tapıldı.
Vitse-prezident Maduro Chavesin ölümü ilə bağlı elan etdi ki, ABŞ-ın iki diplomatı da ölkədən qovulur. Bununla işarə olunur ki, Chavesin ölümündə ABŞ-dan şübhələnirlər.
Vaşinqton dərhal bu şübhələri qətiyyətlə rədd edib və belə ittihamları absurd adlandırıb.
ABŞ prezidenti Obama Chavesin ölümü ilə bağlı Venesuela xalqına başsağlığı verib və deyib ki, Venesuela hökuməti ilə konstruktiv münasibətlərin inkişafı Vaşinqtonun marağındadır.
Maduro indi gələn seçkilərə kimi prezident vəzifəsini icra edəcək. Seçkilərin vaxtı 30 gün ərzində elan olunmalıdır.
Seçkilərdə isə Maduro müxalifət lideri Henrique Caprilesin çox güclü rəqabəti ilə üzləşəcək.
Digər Xəbərlər
2024-11-22 23:33:36
2024-11-22 22:48:30
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00
2024-11-22 17:28:04
2024-11-22 16:55:08
2024-11-22 16:46:45
2024-11-22 16:39:35
2024-11-22 16:28:54
2024-11-22 16:27:05
2024-11-22 16:24:00
2024-11-22 15:55:41
2024-11-22 15:54:59
2024-11-22 15:46:00