Noyabrın 8-də Azərbaycan Atıcılıq Federasiyasının “Zəfər Kuboku” uğrunda yarışlar başlayıb.
"Unikal" xəbər verir ki, 2 gün davam edəcək yarışlarda iştirakçılar 8 növdə - dairəvi stend (kişilər və qadınlar), səngər stendi (kişilər və qadınlar), 10 m-ə pnevmatik tapançadan atəş (kişilər və qadınlar), 10 m-ə pnevmatik tüfənqdən atəş (kişilər və qadınlar) üzrə növlərdə mübarizə aparacaqlar.
Bu gün stend atıcılığı üzrə yarışlar keçirilib. Yarışlara 32 nəfər iştirakçı qatılıb.
“Zəfər Kuboku” sabah stend atıcılığı üzrə qaliblərin müəyyənləşdirilməsi və güllə atıcılığı üzrə yarışlarla davam edəcək. Yarışlar Bakı Atıcılıq Mərkəzində keçirilir.