Noyabrın 8-də millət vəkili Novruz Aslanov İsmayıllı rayonunda keçirilən “8 Noyabr Zəfər Günü” bayramında iştirak edib.

"Unikal" xəbər verir ki, bayram tədbirində İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, yerli idarə, müəssisə, təşkilat və  ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ilə başlanılıb. Heydər Əliyev adına Mərkəzi meydanda keçirilən tədbirdə rayon ictimaiyyəti də iştirak edib. 

Sonra Şəhidlər Xiyabanında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin müdafiəsi zamanı şəhid olan Vətən övladlarının məzarları ziyarət edilib, ruhlarına dualar oxunub.
Günün ikinci yarısında millət vəkilinin, rayon rəhbərliyinin və yerli ictimaiyyət nümayəndələrinin iştirakı ilə Mədəniyyət mərkəzində “Zəfərin mübarək, Azərbaycan!” adlı konsert proqramı keçirilib.