Rusiya Federasiyası bu gün ortaya çıxan reallıqları nəzərə alaraq Ukrayna ilə danışıqlara hazırdır. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. 

Diplomatın sözlərinə görə, Moskva heç vaxt Kiyevlə danışıqlar ideyasından əl çəkməyib, eyni zamanda o, hazırda inkişaf etməkdə olan vəziyyəti nəzərə almağa çağırıb.

"Biz hələ də danışıqlara açığıq", - Zaxarova vurğulayıb.

Ağarza Elçinoğlu