Yapon yük maşını istehsalçısı olan "Isuzu" Rusiyanı tərk edir.
"Unikal" xəbər verir ki, bu barədə şirkət nümayəndələrinin Yaponiyada keçirdiyi mətbuat konfransında elan edilib.
Yük maşını və pikap istehsalçısı "Isuzu" cari maliyyə ilinin yekunlarına dair mətbuat konfransında Rusiyanı tərk etməyi düşündüyünü bildirib.
İstehsalçı 2022-ci ilin martında Ulyanovskdakı zavodda istehsalı dayandırıb. Logistik problemlər şirkəti Rusiya bazarını tərk etmək barədə düşünməyə vadar edib, çünki müəssisənin fəaliyyətini bərpa etmək perspektivləri qeyri-müəyyən olaraq qalır.
Qeyd edək ki, "Isuzu" 2007-ci ildə Ulyanovsk vilayətində avtomobil istehsalına başlayıb.
Ağarza Elçinoğlu