"Twitter" Afrikadakı ofisinin demək olar ki, bütün işçilərini işdən çıxarıb.
"Unikal" xəbər verir ki, bu barədə BBC məlumat dərc edib.
Bildirilib ki, ofisdə çalışan 20-yə yaxın işçidən sadəcə 1-i qalıb.
"Şirkət xərclərin azaldılması zərurəti nəticəsində öz fəaliyyətini yenidən təşkil edir", - şirkət açıqlama verib.
Ağarza Elçinoğlu