Şimali Atlantika Alyansı Rusiyanın Xersondan qoşunların Dnepr çayının sol sahilinə çıxarılması ilə bağlı bəyanatlarından xəbərdardır.
"Unikal" xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Ukraynadakı Rusiya qoşunları qrupunun komandanı, ordu generalı Sergey Surovikinin hesabatına belə münasibət bildirib: "Biz bu bəyanatı eşitdik, baş verənləri izləyəcəyik".
Bundan əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu Surovikinin məruzəsindən sonra rus qoşunlarının Xersondan Dnepr çayının sol sahilinə çıxarılması barədə göstəriş vermişdi. General bildirib ki, artmış atəş təhlükəsi və Kaxovskaya SES-in dağıdılması fonunda Dnepr çayının qərb sahilində yerləşən şəhəri tərk etmək və çayın şərq sahili boyunca müdafiəyə başlamaq lazımdır.
Ramil Zeynallı