2023-cü il martın 12-də Los-Ancelesdə keçiriləcək 95-ci "Oskar" mükafatlandırma mərasiminin aparıcısı bəlli olub.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, gecə məşhur aparıcı-aktyor Cimmi Kimmelə həvalə olunub.

O, sayca üçüncü dəfə mükafatlandırma mərasiminin aparıcısı seçilib.