Türkiyəli məşhur müğənni İşın Karaca özündən 19 yaş kiçik pianoçu sevgilisi Can Yapıcıoğlu ilə ötən axşam qatıldığı toy məclislərinin birində görüntülənib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, cütlük jurnalistlərə bəzi açıqlamalar veriblər.
Belə ki, müxbirin “Səni bir daha nə vaxt gəlinlikdə görəcəyik?" sualına "Dostlar, Canla evləndik, zarafat deyil" deyərək barmağındakı üzüyü göstərib. Daha sonra müğənni zarafat etdiyini bildirib.
Müğənni İşin Karaca 2016-cı ildə ailə qurduğu Tuğrul Odabaşdan 2019-cu ilin noyabrında tək seansda boşanıb. Ayrılıqdan sonra Karaca bəstəkar və pianoçu Can Yapıcıoğlu ilə yeni eşq macərasına başlayıb. 3 ildən artıqdır Yapıcıoğlu ilə sevgili olan Karaca qatıldığı toyda etdiyi zarafatla mətbuat mənsublarını təəccübləndirib.