Pensilvaniyadan Entoni DeLuka və Tennessidən Barbara Kuper yenidən ABŞ Nümayəndələr Palatasına seçiliblər.

"Unikal" xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb. 

Belə ki, oktyabrın 9-da 85 yaşında dünyasını dəyişən Entoni Deluka Pensilvaniyada 85% səslə yenidən ABŞ Nümayəndələr Palatasına üzv seçilib.

Eyni zamanda, oktyabrın 25-də 93 yaşında dünyasını dəyişən Barbara Kuper Tennessi ştatında keçirilən seçkilərdə qalib gəlib.

Yerli KİV-də  yayılan məlumata görə, bəzi seçicilər həqiqətən DeLuka və Kuperin ölümündən xəbərsiz olublar. 

Buna görə də yaxın vaxtlarda ştatlarda növbədənkənar seçkilər keçiriləcək.

Gülayə  Mecid