Dünyaca məşhur model Bella Hadid Laym xəstəliyi ilə mübarizə aparır.
"Unikal" xəbər verir ki, xəstəliyi səbəbindən xəstəxanaya yerləşdirilən gənc model sosial media hesabında etdiyi paylaşımlarla diqqət çəkib.
56,1 milyon izləyicisi olan model yataqda üstsüz pozalar verib və belindəki yaraları nümayiş etdirib.
Laym xəstəliyi - gənənin dişləməsi nəticəsində yaranan bakterial infeksiyadır. Bu xəstəlik adətən səpgi, qızdırma, baş ağrısı və yorğunluqla özünü göstərir. Erkən diaqnoz Laym xəstəliyi olan xəstələrdə müalicənin müvəffəqiyyətini artırır.
Seymur Əli