Ötən gün meyxanaçı Rəşad Dağlı qonşusunu bıçaqlayaraq qətl hadisəsi törədib.
"Unikal" xəbər verir ki, meyxanaçı Balaəli Maştağalı sosial media hesabında həmkarı Rəşadla bağlı paylaşım edib:
"Mənim qardaşım, Allah sənin köməyin olsun. Sənə azadlıq nəsib eləsin! Çox pisəm, çarəsizəm. Bu fotonu əzab çəkə-çəkə paylaşdım. Bilmirəm necə edim? Neyniyim? Hara gedim? Dolaşıb qalmışam, əlimizdən nə gəlir, nə lazımdır...Gücümüz çatana qədər yox, çatmayana qədər yanındayıq. Biz səninləyik! Bizim dövlətimiz, millətimiz sənətkara dəyər verəndi, qayğı göstərəndi, sənətkara dayaq olandı...".