Azərbaycan Ordusunun hərbi qulluqçusu Baxışov Cavan Cavanşir oğlu məzuniyyətdə olarkən noyabrın 9-u axşam saatlarında ürək çatışmazlığından vəfat edib.

Bu barədə "Unikal"a Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir!

xxx

12:12

Müdafiə nazirliyinin zabiti ürəktutmasından vəfat edib. 

"Unikal" xəbər verir ki, bu barədə onun hərbçi dostu məlumat verib. 

Bildirilir ki, məzuniyyətdə olan Cavan Baxışov mayor idi. 

Qeyd edək ki, 1984-cü il təvəllüdlü hərbçimiz bu gün ikinci Fəxri Xiyabanda dəfn olunacaq. 

O, Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.