Ukrayna Xerson vilayətinin bəzi ərazilərini azad edib.

"Unikal" xəbər verir ki, bu barədə UNIAN-ın “Telegram” kanalında məlumat verilib.

Bununla bağlı paylaşılan videolarda Ukrayna Silahlı Qüvvələrinin Xersonun Pravdino, Kiselyovka və Kalinovski kəndlərinə bayraq sancdığı görünür.

Qeyd edilir ki, məlumatın Ukrayna Baş Qərargahı tərəfindən təsdiq olunması gözlənilir.