Rusiya prezidenti Vladimir Putin Balidə keçiriləcək G20 sammitinə getməyəcək, Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov başçılıq edəcək.

"Unikal" xəbər verir ki, bu barədə cümə axşamı TASS-a dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

"G20 sammitində Rusiyanı Sergey Lavrovun təmsil etməsi qərara alınıb", - Kremlin sözçüsü bildirib.

Reuters-ın yaydığı məlumata görə isə Rusiya lideri qarşıdakı sammitin sessiyalarından birində onlayn iştirak edə bilər.

G20 sammiti noyabrın 15-16-da baş tutacaq.