"Dövlətlərimizin rəhbərlərinin müəyyən etdiyi formatı biz yaxın günlərdə aktual məsələləri həll etmək üçün daxil edəcəyik".
"Unikal" xəbər verir ki, bu barədə noyabrın 10-da İrəvanda jurnalistlərlə görüşündə Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Kazbek Taysayev bildirib.
“Ən mühüm məsələlərdən biri bu sazişləri imzalayan dövlətlərimizin rəhbərlərinin Soçidə qəbul etdikləri qərardır ki, bu gün Ermənistan, Rusiya və Azərbaycan parlamentləri tərəfindən məsələlərin həllində xüsusi yer tutur.
Biz Ermənistan, Azərbaycan və Rusiya parlamentarilərinin qarşılaşdıqları məsələləri həll edəcəkləri formatın yaradılmasında parlament komponentinin gücləndirilməsini müzakirə etdikdən sonra Azərbaycandan olan həmkarlarımızla bu məsələləri mütləq müzakirə edəcəyik”.
Gültəkin Ələsgər