Rusiyada federasiya prezidenti intihar edib.
"Unikal" xəbər verir ki, bu barədə rus mətbuatı məlumat yayıb. Bildirilir ki, Zabaykal Pankration və Qarışıq Döyüş Növləri Federasiyasının prezidenti, qraplinq üzrə dünya çempionu Oleq Sorokanyuk intihar edib.
İdmançının meyiti cümə axşamı idman zalında tapılıb. Sorokanyukun ölümü ilə bağlı məlumatı atası da təsdiqləyib.
Qeyd edək ki, Sorokanyuk üçqat Rusiya çempionu və universal karate üzrə Avropa çempionudur. O, WUKF və MS üzrə qrapling üzrə dünya çempionatının qalibi olub.
Ramil Zeynallı