İtaliya A seriyasında 14-cü turun növbəti qarşılaşması baş tutub.

"Unikal" xəbər verir ki, “Yuventus” səfər oyununda “Verona”nın qonağı olub. Matçda yalnız bir qol vurulub ki, onu da “Qoca Sinyora” öz aktivinə yazıb. Bu nəticədən sonra Turin klubu turnir cəvdəlində üçüncü pilləyə yüksəlib.