Maliyyə naziri Samir Şərifov 2023-cü ilin dövlət büdcəsində neftin bir barrelinin orta qiymətinin mövcud qiymətlərdən daha aşağı səviyyədə götürülməsi məsələsinə aydınlıq gətirib.
"Unikal" xəbər verir ki, nazir Milli Məclisdə 2023-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı bildirib ki, hazırda dünya bazarında yüksələn neft qiymətləri kəskin enə də bilər.
“Eniş baş verəndə də problemlər yaranır. Bizim siyasətimiz odur ki, neft asılılığını ardıcıl sürətdə azaldaq. Hazırda biz dünya bazarında 90 dollardan yüksək olan qiyməti büdcədə 50 dollar səviyyəsində nəzərə almışıq. Bu yanaşma ilə neftin qiymətinin oynamasının mənfi təsirlərindən özümüzü sığortalayırıq. Hesab edirəm ki, növbəti illərdə də biz bu siyasəti davam etdirəcəyik. Biz bu məsələdə kifayət qədər ehtiyatlı olmalıyıq”.