Türk televiziya tarixinin ən uzunömürlü seriallarından biri olan "Arka Sokaklar"da Rıza Babanın qızı rolunu oynayan Pınar Aydının son görüntüləri yayılıb.
"Unikal" xəbər verir ki, serialdan ayrıldıqdan sonra müxtəlif layihələrdə yer almağa davam edən Aydın 2015-ci ildə "Giresunspor" baş direktoru Harun Ovalıoğlu ilə dünya evinə girib.
Ailə qurduqdan sonra aktrisalığı tərk edən və hazırda 2 övladı olan Pınar Aydın indi serial treyleri əvəzinə sosial media hesabından xoşbəxt ailə fotolarını paylaşır.
İllər ərzində Pınarın dəyişikliyi sosial media istifadəçilərinin diqqətini çəkib.