“Respublika ərazisində qeydə alınmış yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, son dövrlər piyada vurma hadisələrinin sayında artım dinamikası müşahidə olunmaqdadır”.
"Unikal" xəbər verir ki, bunu DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin əməkdaşı, polis polkovnik-leytenantı Mübariz Ağayev bildirib.
O qeyd edib ki, statistik göstəricilərə əsasən, cari ilin 10 ayı ərzində respublika üzrə piyadaların vurulması ilə nəticələnmiş 592 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, bu da ümumi yol qəzalarının 41.6 faizini təşkil edir.
"Təkcə Bakı şəhəri üzrə bu göstəricinin 63.9 faiz təşkil etməsi isə ciddi narahatlıq doğurur. Belə ki, baxılan hesabat dövrü ərzində paytaxt ərazisində 239 piyada vurma hadisəsi qeydə alınmışdır ki, nəticədə 110 nəfər həlak olub, 147 nəfər isə yaralanıb".