Almaniyanın Qərb Regional Liqasında 16-cı turun oyunları baş tutub.
"Unikal" xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi "Şalke 04"ün ikinci komandası da növbəti matçına çıxıb. Helzenkirhen təmsilçisi doğma meydanda “Alemanniya”la qarşılaşıb qolsuz heç-heçə edib – 0:0.
Rüfət də görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və ilk hissədə zədələndiyi üçün fasilədə əvəzlənib. Qeyd edək ki, “Şalke-2” 16 turdan sonra 25 xalla 18 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.