Misirin şimalındakı Dakahlia əyalətində avtobus çay kanalına aşıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 20 nəfər ölüb, 16 nəfər yaralanıb. 

Məlumata görə, Əl Mansurə və Mit Qamr şəhərləri arasındakı yolda baş verən qəzaya səbəb sükan çarxındakı balanssızlıq səbəb olub. Sürücü maşından düşə bilib.

Ümumilikdə avtobusda 45-dən çox sərnişin olub. Faktla bağlı araşdırma aparılır. 

Ağarza Elçinoğlu