İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) baş direktoru Rafael Qrossinin İsrailin zərbələrindən sonra heç bir tədbir görməməsinə cavab olaraq qanuni addımlar atmaq niyyətindədir.

"Unikal" "Fars" agentliyinə istinadən xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami deyib.

“Hərəkətsizliyinizə dərhal son qoymaq və beynəlxalq hüququn bütün normalarına zidd olan İsrail rejiminin təcavüzünü pisləməklə öz hüquqi öhdəliklərinizi yerinə yetirmək lazımdır”, - Eslami Qrossiyə məktubunda bildirib.

Onun sözlərinə görə, İran öz suveren hüquqlarını qorumaq üçün lazımi tədbirlər görəcək və “xüsusilə Qrossinin hərəkətsizliyi ilə bağlı” müvafiq hüquqi addımlar atacaq.