Ermənistanın keçmiş ədliyyə naziri, Respublika Partiyasının idarə heyətinin keçmiş üzvü Artak Zeynalyan parlamentdə gizli səsvermə yolu ilə Ermənistan Konstitusiya Məhkəməsinin üzvü seçilib.

"Unikal" xəbər verir ki, qapalı keçirilən gizli səsvermədə 107 deputatdan 67-si iştirak edib, hamısı Zeynalyanın namizədliyini dəstəkləyib, “əleyhinə” və bitərəf qalan olmayıb.

Ermənistandan Avropa İnsan Haqları Məhkəməsinin hakimi olmuş Vahe Qriqoryanın yerinə keçmiş Ədliyyə Nazirliyinin rəhbəri, Qərbyönlü Respublika Partiyasının üzvü namizədliyi irəli sürülüb. Zeynalyan Konstitusiya Məhkəməsinin hakimi seçkilərində iştirak etmək üçün İrəvan Ağsaqqallar Şurasının üzvü mandatından istefa verib. 2022-ci ildə Artak Zeynalyan Ermənistan Kassasiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyini irəli sürsə də, qapalı keçirilən səsvermədə səs ala bilməyib.