Türkiyənin Adana kurortunda meşə yanğınını söndürmək üçün göndərilən təyyarə göl üzərində qəzaya uğrayıb, pilotlar xəsarət alıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
"Adanada yanğınsöndürmə təyyarəsinin qəzaya uğraması nəticəsində iki pilot yaralanıb. Şəhərdə meşə yanğınını söndürmək üçün havaya qalxan təyyarə su toplamaq üçün Seyhan bənd gölünün üzərindən uçarkən qəzaya uğrayıb", - məlumatda qeyd olunub.