Ağdamda ANAMA-nın əməkdaşı ölüb.
"Unikal" xəbər verir ki, ANAMA-nın Ağdam mobil bazasında anbardar vəzifəsində çalışan 1969-cu il təvəllüdlü Vüqar Həşim oğlu Məmmədovun səhhəti anidən pisləşib.
Bazanın əməkdaşları V.Məmmədovu Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb