Sumqayıt şəhərinin Qurd dərəsi yaşayış massivində bədbəxt hadisə baş verib.

"Unikal" xəbər verir ki, fərdi yaşayış evində tək yaşayan 1955-ci il təvəllüdlü İbad Barat oğlu Əliyev meyvə ağacına çıxarkən yıxılıb.
İlkin məlumata görə, 70 yaşlı kişi nəvələri üçün tut dərmək məqsədilə ağaca çıxıb. Lakin ehtiyatsızlıq nəticəsində hündürlükdən yıxılan İbad Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.