İtaliyanın Baş naziri Corc Meloni Fransa prezidenti Emmanuel Makronu iki ölkə arasında miqrantları kimin qəbul etməsi ilə bağlı mübahisəsi fonunda xəyanətdə ittiham edib.

"Unikal" xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb. 

Məlumata görə, Paris Avropanın yenidən bölüşdürülməsi sazişi çərçivəsində İtaliyadan 3500 miqrantı qəbul etmək planlarını dondurub və İtaliya qeyri-hökumət təşkilatı Ocean Viking gəmisini Fransaya yönləndirməkdən imtina etdikdən sonra digər ölkələri də buna əməl etməyə dəvət edib. 

Meloni Fransa hökumətinin aqressiv reaksiyasından heyrətlənib və bunu anlaşılmaz və əsassız adlandırıb. O, həmçinin qeyd edib ki, İtaliya bu il Aralıq dənizindən 90 000 miqrant qəbul edib. 

Bundan əlavə, Baş nazir vurğulayıb ki, miqrantların yenidən bölüşdürülməsi ilə bağlı Aİ ölkələri tərəfindən iyunda razılaşdırılmış könüllü sxem öz məqsədlərinə çatmayıb, çünki İtaliyanı tərk etməli olan 8000 nəfərdən yalnız 117-si, o cümlədən 38-i Fransaya köçürülüb. 

Ağarza Elçinoğlu