BMT-nin İnsan Haqları Komitəsinin xüsusi sessiyası İran rejiminin cinayətlərinin araşdırılması üçün çağırılacaq.

"Unikal" xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts bildirib. 

Onun sözlərinə görə, İran BMT-nin üzvüdür və üzərinə insan hüquqlarının qorunması öhdəliyi götürüb.

Kansler əlavə edib ki, rəsmi Berlin İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) və siyasi rəhbərliyə təzyiqləri artırmaqda davam edəcək.

Ağarza Elçinoğlu