Son günlər Ukrayna hərbçiləri Xerson vilayətinin 60-dan çox yaşayış məntəqəsində nəzarəti ələ keçirib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

"Bu gün axşam saatlarında Ukraynanın Müdafiə Qüvvələri Xerson vilayətinin 60-dan çox yaşayış məntəqəsində nəzarət yaradıb. Polis sabitləşdirmə tədbirlərinə başlayıb. Xersonun özündə də polis sabitləşdirmə tədbirləri aparır", - Ukrayna prezidenti qeyd edib.

Ağarza Elçinoğlu