Leninqrad vilayətinin Krasnoborski şəhərinin rəhbəri Aleksandr Kantserev döyülüb. 

"Unikal" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, naməlum şəxs meri  metal boru ilə döyüb. Dövlət qulluqçusu xəstəxanaya yerləşdirilib. Həkimlər ona döş qəfəsinin əzilməsi və kəllə sümüklərinin sınığı diaqnozu qoyublar. Kanserev reanimasiyadadır.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hücum edən şəxsi axtarır.

Ağarza Elçinoğlu