“Tik Tok” sosial şəbəkəsində məhsulların alınması və satışı üçün test funksiya işə salınıb.

"Unikal" xəbər verir ki, Pekində yerləşən şirkət ABŞ-ın bir neçə iri müəssisəsinə öz məhsullarını birbaşa “Tik Tok” proqramı vasitəsilə satmağa imkan verəcək.

Məlumata görə, yeni funksiyanı sınaqdan keçirmək üçün həmin şirkətlər müraciət də edib.

ABŞ-dan olan satıcılar artıq “Tik Tok Shop”u sınaqdan keçirməyə start veriblər.

Tezliklə digər məşhur beynəlxalq şirkətlərin də bu funksiyaya qoşulmağı planlaşdırdığı qeyd edilir.