Türkiyənin Batman vilayətinin İkiztəpə kəndində iki qohum arasında naməlum səbəbdən baş verən silahlı davada 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, məlumata görə, naməlum səbəbdən iki əlaqəli qrup arasında silahlı dava düşüb. Silahlı insidentdə 3-ü ağır olmaqla 7 nəfər yaralanıb. 
Hadisə yerinə gələn tibb qrupları yaralılara ilkin tibbi yardım göstərərək, onları şəhərdəki xəstəxanalara göndərib. Bütün müdaxilələrə baxmayaraq, müalicə olunan yaralılar arasında Mehmet Şirin Akın, Asker Akın və Sadıq Akın xilas ola bilməyib və həyatını itirib. 4 yaralının müalicəsi davam edir. Hadisə yerinə gələn təhlükəsizlik qüvvələri təhlükəsizlik tədbirləri alıb, hadisə ilə bağlı araşdırmalar davam edir.