Tovuzda qadın dəm qazından zəhərlənib.

"Unikal" xəbər verir ki, Tovuzda zəhərlənmə faktı qeydə alınıb.

Rayon sakini orta yaşlı qadın zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına  yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə qadın yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.