İstanbuldakı partlayışdan sonra hadisəyə yaxın bir məkanda oynanılacaq “Beşiktaş” – “Antalyaspor” matçının təxirə salındığı açıqlanıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
“İstiklal küçəsində baş verən partlayışdan sonra TFF İdarə Heyəti bu axşam saat 20:00-da “Vodafone Park”da oynanılması nəzərdə tutulan “Beşiktaş” – “Fraport TAV Antalyaspor” matçını təxirə salıb”, - deyə qurumdan bildirilib.