Mariupol yaxınlığında yüzlərlə rus əsgəri və mülki şəxsin Rusiya nömrəli avtomobillərlə gəlməsi müşahidə edilir. Onlar pansionatlarda, istirahət mərkəzlərində məskunlaşırlar.

"Unikal" xəbər verir ki, bu barədə Mariupol merinin müşaviri Petro Andryuşenko "Telegram"da məlumat verib.

"Ardıcıl ikinci gündür ki, Xerson istiqamətindən hərbi işğalçıların Mariupol rayonuna gəlişi müşahidə olunur. Dünən Manquş-Urzuf yolu ilə yüzlərlə avtomobildən ibarət böyük karvanlar hərbçilərlə gəlib", - Andryuşşenko bildirib.

Seymur Əli