Noyabrın 13-ü İstanbulun İstiqlal küçəsində terror aktı zamanı həyatını itirənlər arasında aktyor Nurettin Uçarın ailəsi də olub.
"Unikal" xəbər verir ki, hadisə nəticəsində aktyorun keçmiş həyat yoldaşı Arzu Özsoy və 15 yaşlı qızı Yağmur Uçar da həyatını itirib.
Aktyor keçmiş həyat yoldaşı və qızının ölümü ilə bağlı sosial şəbəkədə paylaşım edib. "Qəbrin nur, məkanın cənnət olsun şirin qızım. Taksimdəki xain hücumda qızım Yağmur və anası həyaını itiriblər".
Qeyd edək ki, terror aktı nəticəsində ümumilikdə 6 nəfər həlak olub, 81 nəfər isə yaralanıb.