Rusiya işğalçılarından azad edilmiş Xersonda Ukrayna prezidenti Volodimir Zelenskinin iştirakı ilə rəsmi bayraq qaldırma mərasimi keçirilib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezident aparatı rəhbərinin müavini Kiril Timoşenko video yayıb. 

"Mən çox xoşbəxtəm, bunu xalqın reaksiyasından da görmək olar, onların reaksiyası səhnələşdirilməyib. Xalq Ukrayna ordusunu, əsgərlərimizi, hamımızı gözləyirdi", - Zelenski bildirib.

Prezident qeyd edib ki, onun üçün şəhərə səfər etmək və "biz həqiqətən qayıdırıq, həqiqətən bayrağımızı qaldırırıq" nümayiş etdirmək vacibdir. 

Ağarza Elçinoğlu