PKK terror təşkilatı İstanbuldakı hücumda hər hansı əli olduğunu inkar edib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, noyabrın 13-də İstanbulun mərkəzindəki İstiqlal küçəsində baş verən partlayışda şübhəli bilinən şəxs saxlanılıb PKK ilə əlaqəsinin olduğunu etiraf edib. 

Lakin sözügedən qruplaşma bunu rədd edib: "PKK-nın Taksimdə İstiqlal küçəsində baş verən partlayışla heç bir əlaqəsi yoxdur". 

Qeyd edək ki, terror nəticəsində6 nəfər ölüb, 81 nəfər yaralanıb. 

Ağarza Elçinoğlu