Güləş üzrə 2023-cü il dünya çempionatına ev sahibliyi Azərbaycana verilməyib.
"Unikal" report-a istinadən xəbər verir ki, mundial ardıcıl 2-ci dəfə Serbiyanın paytaxtı Belqradda keçiriləcək.
Yarışı təşkil etmək üçün bu iki ölkə ilə yanaşı, Türkiyə də namizədliyini irəli sürmüşdü.
Qeyd edək ki, dünya çempionatının gələn il 16 - 24 sentyabrda keçirilməsi planlaşdırılır. Amma sentyabrın 23-də start götürəcək Asiya Oyunları ilə bağlı yarışın vaxtında dəyişiklik edilə bilər.