Reytinqli seriallardan biri olan "Yasak elma"nın növbəti bölümü ötən gün yayımlanmayıb.
"Unikal" xəbər verir ki, bu barədə yayım şirkəti ekran işinin yayımlanma saatında elan verib. Bildirilib ki, bu addım noyabrın 13-də İstanbulda baş verən terror aktı ilə əlaqədar atılıb.
Qeyd edək ki, sözügedən hadisə nəticəsində 6 nəfər vəfat edib, 81 nəfər isə yaralanıb. Həyatını itiriənlər arasında serialın heyətində yer almış aktyor Nurettin Uçarın həyat yoldaşı Arzu Özsoy və 15 yaşlı qızı Yağmur Uçar da var idi.