Bir zaman Türkiyənin ən reytinqli seriallarından biri olan “Kurtlar Vadisi” geri dönür.

"Unikal" xəbər verir ki, bu barədə məşhur aktyor Necati Şaşmaz "TRT Music"də yayımlanan proqrama açıqlamasında deyib.  

Yeni ildən çəkilişlərə başlayacaqlarını bildirən Şaşmaz, "Yanvar ayında çəkilişlərə başlamağı düşünürük. Ömrümün 20 ili bu serialda keçdi. Dəyərli, lakin çox yorucu bir iş idi. Fikirləşdik ki, bir az ara verməliyik. İndi seriala yenidən müraciətlər başladı. Və qərara gəldik ki, çəkilişlərə  başlayaq", - deyə bildirib. 

Seymur Əli