Braziliya millisinin sabiq futbolçusu Dieqo Ribas karyerasını bitirib.
"Unikal" xəbər verir ki, son olaraq “Flamenqo”da forma geyinən 37 yaşlı yarımmüdafiəçisi vida matçına çıxıb.
O, A seriyasında “Avai” ilə keçirilən qarşılaşma ilə futbolla vidalaşıb.
Qeyd edək ki, futbolçu “Santos”, “Porto”, “Verder”, “Yuventus”, “Volfsburq”, “Atletiko” və “Fənərbağça” klubularında çıxış edib. Braziliya yığmasında 34 oyuna çıxan Dieqo iki dəfə Amerika kuboku yarışını qazanıb.