Azərbaycanın daha bir ağırlıqqaldıranı Türkiyənin paytaxtı Ankarada keçirilən ağır atletika üzrə üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə medal qazanıb.
Azərbaycan Ağır Atletika Federasiyasından "Unikal"a verilən məlumata görə, 67 kq çəki dərəcəsində çıxış edən Tehran Məmmədov birdən qaldırmada 126 kq-ı ram edərək, bu hərəkətdə fəxri kürsünün ikinci pilləsinə qalxıb.