UEFA Fransanın "Nant" klubunu cəzalandırıb.
"Unikal" xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat dərc edilib.
Buna "Nant" azarkeşlərinin Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la matçındakı hərəkətləri səbəb olub.
Klub ev oyununda "Bojuar" stadionunda ictimai keçid yollarının bağlanmasına görə 12 min avro, atəşfəşanlığa görə isə 30 min avro cərimələnib.
Təhlükəsizlik tədbirləri lazımi səviyyədə olmadığı və azarkeşlər tam yoxlanılmadığı üçün də əlavə xəbərdarlıq edilib.