"Enisey" klubu sizi məmnuniyyətlə və sevgi ilə qarşılayacaq.

"Unikal" xəbər verir ki, bu barədə ÇSKA-nın keçmiş qapıçısı Sergey Çepçuqov açıqlayıb. 

O, sosial şəbəkələrdə "Mançester Yunayted "in portuqaliyalı hücumçusu Kriştiano Ronaldonun qalmaqallı müsahibəsinə münasibət bildirib: "Ronaldo, əzizim! Əgər uzun illər klubu Aleks Ferqyusonun rəhbərliyi altında klubun simvolu olduğunuz "Mançester Yunayted"də hörmət görmürsünüzsə, "Enisey" klubu sizi məmnuniyyətlə və sevgi ilə qarşılayacaq". 

Ağarza Elçinoğlu