Şimali Makedoniya və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun təyinatları bəlli olub.
"Unikal"ın məlumatına görə, qarşılaşmanı Albaniyadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Enea Yorqyiyə İlir Tartaray və Doyando Miftari laynsmanlar qismində köməklik göstərəcək.
Dördüncü hakim funksiyasını Şimali Makedoniyadan olan Yovan Kaçevski yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 20-də Skopyedəki “Todor Proeski Milli Arena”sında oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Azərbaycan yığması bu gün Kişineuda Moldova kollektivinin qonağı olacaq. Həmin oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.