Baş rollarda Zafer Ergin, Özgür Ozan, İlker İnanoğlu, Oya Okar və Ozan Çolakoğlunun yer aldığı "Arka Sokaklar" serialı 17-ci mövsümdə yayıma ara verir.
"Unikal" xəbər verir ki, bu barədə serialın prodüseri Türker İnanoğlu məlumat yayıb. O, "Kanal D" ekranlarında yayımlanan “Arka Sokaklar”ın çəkilişlərinə 45 günlük fasilə verdiyini açıqlayıb.
İstehsalçı şirkətin kanaldan pul ala bilmədiyi üçün fasilə vermək qərarına gəldiyi iddia edilib.
Seymur Əli