Noyabrın 15-17-si tarixlərində Türkiyənin paytaxtı Ankarada keçirilən ağır atletika üzrə üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnir start götürüb.
"Unikal" xəbər verir ki, yarışda 16 ölkədən 72 atlet çıxış edir.
Onların arasında Azərbaycan yığmasının üzvləri də var. Körpücük üzərinə bu dəfə “Qartal” Ağır Atletika Klubunun nümayəndəsi İsa Rüstəmov və “Zirvə” Beynəlxalq İdman Klublarının nümayəndəsi Ömər Cavadov çıxıblar. Onlar 73 kq çəki dərəcəsində yarışıblar.
İsa Rüstəmov 285 kq (130+155) nəticə ilə yarışda 6-cı yeri tutub.
Ömər Cavadov birdən qaldırma hərəkətində 138 kq-ı ram edib və bu hərəkətdə gümüş medal qazanıb. O, təkanla qaldırma hərəkətində 155 kq-ı qaldıraraq bu hərəkətdə 6-cı, toplam 293 kq (138+155) nəticə ilə yekun sıralamada 4-cü yeri tutub.